"Qoca sinyora"nı dayandıran tapıldı

"Qoca sinyora"nı dayandıran tapıldı
Futbol
18 Mart 2018 - 02:38
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatının 29-cu turunda gözlənilməz nəticə qeydə alınıb.

Lider "Yuventus" SPAL-la bacarmayıb.

Turin klubunda Dibala, İquain, Duqlas Kosta start heyətdə başlayıb, sonradan zədəsi sağalan Mario Mancukiç meydana daxil olub.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. "Yuventus" xalını 75-ə, SPAL 25-ə çatdırıb.

Turin klubu 10-cu çempionat oyununda qapısında qol görməyib, eyni zamanda 12 matçlıq qələbə seriyası bu görüşlə bitib.

Digər xəbərlər