Cengiz Ündər: "Bunun nəticəsində yeni Cengiz dünyaya gəlib"

Cengiz Ündər: "Bunun nəticəsində yeni Cengiz dünyaya gəlib"
Futbol
17 Mart 2018 - 20:38
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Barselona"ya rəqib olan "Roma"nın türk oyunçusu Cengiz Ündər maraqlı açıqlama verib.

20 yaşlı futbolçu, əsas məqsədinin daha çox qol vurmaq olduğunu bildirib:

"İlk qoldan sonra hər şey dəyişdi. Bundan sonra özüməinam artdı. Qol vurduqda daha həvəsli oluram. Mövsümün sonuna qədər çox fərqlənməyi istəyirəm".

O, Çempionlar Liqasında növbəti mərhələyə adlamaqda azarkeşlərin rolunu qabardıb:

"Azarkeşlər oyunda möhtəşəm dəstək verirlər. Onlarla meydanda özümüzü daha güclü hiss edirik. Bizə qüvvət verirlər".

C.Ündər uğurlarında baş məşqçi Eusebio Di Françeskonun böyük rolu olduğunu vurğulayıb:

"Mənim üçün vacib qol vurmaqdır. "Şaxtyor"a vurduğum qol daha çox yaddaqalnadır. Çünki Çempionlar Liqasında ilk qolumdur. Ancaq ən gözəl qolum "Udineze"yə vurduğumdur. Mövsümün ikinci dövrəsi çox gərgin başlasa da, əla davam edir. "Sampdoriya" ilə oyunun ardından özümə daha çox inandım. İtaliya dilini bir az başa düşməyə başladım, komanda yoldaşlarımla ünsiyyət artıb. Komandamızda möhtəşəm futbolçular olduğu üçün qürur duyuram. Həmişə bunu arzulamışam. İndi onlardan biri olduğum üçün xoşbəxtəm. Baş məşqçinin rolunu da xüsusi qeyd edərdim. Nəticə olaraq yeni Cengiz dünyaya gəlib".

Türk futbolçu, məşq olmayanda tarixi zəngin Roma şəhərini gəzməkdən həzz aldığını qeyd edib.

 

Digər xəbərlər