"Qalatasaray"la "Fənərbağça"dan rekord mükafat

"Qalatasaray"la "Fənərbağça"dan rekord mükafat
Futbol
16 Mart 2018 - 21:42
Supersport.Az-ın məlumatına görə, derbiyə hər iki klub rəhbərliyi böyük mükafat ayırıb.

"Qalatasaray" səfərdə 19 illik qələbə həsrətinə son qoymaq istəyir. Klub başçısı bunun üçün 1.5 milyon dollar (5 milyon 835 min lirə) verəcəyinə söz verib.

"Fənərbağça"nın prezidenti Əziz Yıldırım 1 milyon avro (4 milyon 810 min lirə) vəd edib.

Sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq derbi 84 ölkədə canlı yayımlanacaq.

 

Digər xəbərlər