Klublar Komitəsinin növbəti iclası keçirildi - Şəkillər

Klublar Komitəsinin növbəti iclası keçirildi - Şəkillər
Futbol, Foto
15 Mart 2018 - 17:19
Bu gün “Bulvar otel”də  Klublar Komitəsinin iclası keçirilib.

Supersport.Az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Keşlə” və “Səbail” klublarının nümayəndələri, həmçinin AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Təhsil proqramında təlimatçı Aslan Kərimov iştirak ediblər.

Komitənin Əsasnaməsinə uyğun olaraq, sədr vəzifəsinə seçki keçirilib. Səs çoxluğu ilə “Neftçi” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Digər xəbərlər