Tural Cəlilov 200-ə çatdı

Tural Cəlilov 200-ə çatdı
Futbol
15 Mart 2018 - 15:58
Supersport.Az saytı xəbər verir ki, “Kəpəz”in futbolçusu Tural Cəlilov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 32 yaşlı yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının XX turuna təsadüf edib. “Sumqayıt”la səfər qarşılaşması (1:2) Tural üçün 200-cü olub.

Premyer Liqada 2007/08 mövsümündə Sumqayıtın “Gənclərbirliyi”nin heyətində debüt edən Cəlilov indiyədək 5 qol vurub. O, ölkə çempionatında 6 klubun formasında 200-ə çatıb.

Digər xəbərlər