Ramil Şeydayev "Qarabağ"dan ayrılacaq

Ramil Şeydayev "Qarabağ"dan ayrılacaq
Futbol
13 Mart 2018 - 21:01
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın formasını geyən Ramil Şeydayev müqavilə ilə məxsus olduğu "Trabzonspor"a geri dönəcək.

Azərbaycan millisinin 21 yaşlı hücumçusu yayda Türkiyə klubunun məşqlərinə qoşulacaq. "Trabzonspor"un baş məşqçisi Rza Çalımbay gənc forvardla bağlı qərar verəcək.

Türkiyə klubu FIFA-dan transfer cəzası aldığı üçün yayda heyətini gücləndirə bilməyəcək. Qaradəniz təmsilçisi bu səbəbdən icarəyə verdiyi futbolçuları sınayacaq.

Mövsümün əvvəlində "Qarabağ"a icarəyə verilən Şeydayev 11 oyunda qol vura bilməyib.

Digər xəbərlər