Yunanıstan çempionatı dayandırıldı, PAOK-un prezidenti həbs olundu

Yunanıstan çempionatı dayandırıldı, PAOK-un prezidenti həbs olundu
Futbol
12 Mart 2018 - 22:14
Supersport.Az-ın məlumatına görə, Salonikidə "Tumba" stadionunda keçirilən PAOK - AEK oyununda xoşagəlməz hadisə ilə bağlı Yunanıstan hökuməti futbol çempionatlarını dayandırıb.

Ölkənin mədəniyyət və idman nazirinin köməkçisi Yorqos Vassiliadis və baş nazir Aleksis Çipras ilə görüşdən sonra şok açıqlama verib.

Nazir müavini, məlum oyunda baş verənləri yunan futboluna ağır zərbə kimi qiymətləndirib:

"Qaydalar hamı üçün eynidir. Bu səbəblə müddətsiz olaraq çempionatı daynadırmağa qərar verdik".

Yunan futbolunu təmizləmək üçün mübarizə apardıqlarını deyən Vassiliadis, Yunanistan Futbol Federasiyası (EPO) və UEFA ilə danışıqlar aparıldığını, yunan klublarının Avrokuboklardan kənarlaşdırılmaq ehtimalı olduğunu bildirib.

Qeyd edək ki, AEK-lə qarşılaşmada PAOK-un qolu qeydə alınmadığı üçün klub prezidenti İvan Savvidis belində tapançayla meydana daxil olduğu üçün hakim oyunu təxirə salıb. Komandanın rəhbəi və 4 mühafizəçisinin həbs olunması qərarı verildiyi bildirilir.

Digər xəbərlər