Yüksək Liqada yeni bombardir

Yüksək Liqada yeni bombardir
Futzal, Digər
12 Mart 2018 - 21:14
Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirilib. Supersport.Az xəbər verir ki, tur bombardirlər yarışında dəyişikliyin baş verməsi ilə yadda qalıb.

Belə ki, uzun müddətdi ən məhsuldar futzalçıların yarışına başçılıq edən Renat Sultanov zirvədən enib. Əvəzində “Neftçi” ilə matçda dubl edən Bolinya birinci pilləyə yüksəlib. Mortoza isə Sultanovla fərqi minimuma endirib.
Telez Thiaqo Bolinya (“Araz”) – 21

Renat Sultanov (“Marafon Futsal”) – 20

Mortoza Cahandost (“Yasamal”) – 19

Digər xəbərlər