Amit oynadı, komandası yenə xal itirdi

Amit oynadı, komandası yenə xal itirdi
Futbol
12 Mart 2018 - 15:10
Futbol üzrə Kosovo çempionatında 22-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Drita" səfərdə “Trepça 89”-la qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Start heyətdə meydana çıxan Amit 80-ci dəqiqədə əvəzlənib.

"Drita” 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Amitin komandası bundan əvvəlki turda da heç-heçə etmişdi.

Digər xəbərlər