Qurban Qurbanov göstəriş verdi

Qurban Qurbanov göstəriş verdi
Futbol
17 Mart 2018 - 12:32
Supersport.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun göstərişinə əsasən, baş məşqçinin köməkçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyununu izləyəcək.

E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün isə İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmasına canlı baxacaq.

Xatırladaq ki, yığmamız Millətlər Liqasında Kosovo, Farer adaları və Malta ilə eyni qrupda yarışacaq.

Digər xəbərlər