"Real"dan 400 milyon təklif

"Real"dan 400 milyon təklif
Futbol
11 Mart 2018 - 16:01
Supersport.Az-ın məlumatın görə, Çempionlar Liqasının 1/8 finalında PSJ-ni mübarizədən kənarlaşdıran "Real" bu komandanın futbolçusu Neymarın transfer olunmasında israrlıdır.

"Kral klubu" braziliyalı ulduzun alınması üçün danışıqları davam etdirir.

İspaniya mətbuatının yaydığı xəbərdə "Real Madrid"in PSJ-yə 400 milyon avro ödəməyə hazır olduğu bildirilib. Klub rəhbərliyi bu arada futbolçunun atası və iki vəkili ilə Parisdə görüşərək müzakirələr aparıb.


Qeyd edək ki, PSJ Neymarı ötən yay "Barselona"dan 222 milyon avroya transfer edib.

Digər xəbərlər