Futbol klublarımız irəlilədi

Futbol klublarımız irəlilədi
Futbol
05 Mart 2018 - 23:00
Supersport.Az-ın məlumatına görə, dünya reytinqində yer alan klublarımız irəliləyib.

Beşqat Azərbaycan çempionu "Qarabağ" və "Keşlə" (368 xal) iki pillə yüksəlib.

Ağdam klub bir həftəylə müqayisədə 1000 komandanın siyahısında 1169 xalla 538-ci yeri 536-ya dəyişib.

Paytaxt komandası 760-cı pillədən 758-ə qalxıb.

"Qəbələ" (255 xal) siyahıda 1 pillə irəliləyərək, 807-ci, 5 sıra yüksələn "Zirə" (217 xal) 826-cıdır.

"Traktorsazi" (892 xal) isə 11 pillə geriləyərək, 624-cüdür.

Digər xəbərlər