"Barselona" birinci, "Beşiktaş" ikinci oldu

"Barselona" birinci, "Beşiktaş" ikinci oldu
Futbol
05 Mart 2018 - 20:06
Supersport.Az-ın məlumatına görə, dünyada YouTube kanalı ən çox izlənilən klublar sırasında Türkiyə çempionu da yer alıb. "Barselona"dan sonra "Beşiktaş" ikinci olub.

"Deportes&Finanzas" statistika firmasının xəbərində ilk sırada 15 milyon 800 min 881 izləmə ilə ispan komandasının birinci yerdə olduğu bildirilir. "Beşiktaş"ın kanalına fevral ayında 7 milyon 85 min 982 baxış olub.

Digər xəbərlər