Cüdoçumuz Avropa Kubokunu qazandı

Cüdoçumuz Avropa Kubokunu qazandı
Digər, Cüdo
04 Mart 2018 - 16:15
Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışına start verilib.

Supersport.Az-ın məlumatına görə, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

Qızların yarışında Vüsalə Kərimova (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa Kubokunun qızıl medalına sahib olub. 48 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva Antalya turnirinin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, Avropa Kuboku yarışına bu gün yekun vurulacaq.

Digər xəbərlər