Güləşçilərimiz qızıl medalsız qayıdır / Foto

Güləşçilərimiz qızıl medalsız qayıdır / Foto
Digər, Güləş, Foto
04 Mart 2018 - 11:00
Supersport.Az xəbər verir ki, Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 6-cı beynəlxalq turnir keçirilib.

Turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.

Finala qədər bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolsutan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib.

Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Digər xəbərlər