Çempionlar Liqasında VAR olmayacaq

Çempionlar Liqasında VAR olmayacaq
Futbol
27 Fevral 2018 - 11:38
Supersport.Az-ın məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin Video Yardımçı Hakim Sisteminin (VAR) yeni mövsüm Çempionlar Liqasında istifadə olunmayacağını bildirib.

Slovakiya paytaxtı Bratislavada 42-ci konqresdə bu haqda danışan qurum rəhbəri, azarkeşlərin daim VAR ekranı gördüyünü, ancaq kimsənin bu sistemin necə çalışdığını bilmədiyini söyləyib:

"Növbəti mövsüm Çempionlar Liqasında VAR istifadə olunmayacaq. Layihə əla ola bilər, ancaq tələsməməliyik. Hakimləri düzgün şəkildə təlimatlandırmalıyıq. Mənim üçün bir çox qarışıqlıq vardır. Bu, VAR-ın tam əleyhinə olduğum mənasına gəlmir".

UEFA prezidenti hesab edir ki, dəyişiklik etmək üçün cəsur olmaq lazımdır:

"Avropa futbolunu mümkün qədər inkişaf etdirməliyik. UEFA, dəyişən dünya, modern futbol, gələcək nəsillərin istək gücü və digər idman növlərində artan rəqabətə görə gələcəyə uyğunlaşmaq üçün cəsarətli olmalıdır".

O, meydandakı futbolçular arasında fərqin yalnız forma rəngi olduğunu, din, dil, irq və cinsiyyət kimi başqa heç bir ayırma edilmədiyini sözlərinə əlavə edib.

Digər xəbərlər