"Qarabağ"ın qolunu kim vurub?

"Qarabağ"ın qolunu kim vurub?
Futbol
26 Fevral 2018 - 11:50
Azərbaycan Premyer Liqasının 17-ci turunun "Qarabağ" – "Kəpəz" matçının (1:0) protokolunda dəyişiklik edilib.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən "Qarabağ"ın qolu Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb.

Qeyd edək ki, Dani Kintananın qapı önünə ötürməsindən sonra topa məhz Mahir toxunsa da, matçdan sonra protokolda qolun Almeyda tərəfindən vurulduğu qeyd olunmuşdu.

Digər xəbərlər