"Milan"dan "Roma"ya dərs

"Milan"dan "Roma"ya dərs
Futbol
26 Fevral 2018 - 09:28
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatında "Roma" öz meydanında "Milan" qarşısında aciz qalıb.

Roma klubu Cengiz Ündərin uzaq məsafədən zərbədiylə oyuna istəkli başlayıb. Milan təmsilçisi idə ilk hissənin son saniyəsində Hakan Çalhanoğlu qola yaxınlaşsa da, qolkiper Alisson topu çıxarıb.
"Milan" ikinci hissəyə sürətlə başlayıb, əvvəlcə Patrik Kurtone, sonra David Kalabria fərqlənib.
Cengiz 74, Hakan 90 dəqiqə meydanda olub. Cengiz son 4 matçda 5 qol vursa da, bu dəfə fərqlənə bilməyib.
"Milan" xalını 44-ə çatdırıb. "Roma" 50 xalda qalıb.

Digər xəbərlər