Dopinq çıxdı, futboldan qovuldu

Dopinq çıxdı, futboldan qovuldu
Futbol
24 Fevral 2018 - 08:06
Supersport.Az-ın məlumatına görə, Xorvatiya yığmasının sabiq kapitanı və Donetsk "Şaxtyor"unun futbolçusu Dario Srna futboldan kənarlaşdırılıb.

Ukrayna Antodopinq Agentliyinin açıqlamasında onun qadağan etmiş preparatdan istifadə etdiyi bildirilib. Ötən ilin martında test götürülən Srnanın cəzası 22 avqustda başa çatacaq və bu müddətdə yarışlarda iştirak edə bilməyəcək.

Bu mövsüm "Şaxtyor"la 10 oyun keçirən 35 yaşlı futbolçu, 900 dəqiqə meydanda olub.

Digər xəbərlər