"Beşiktaş" - "Fənərbağça": mükafat açıqlandı

"Beşiktaş" - "Fənərbağça": mükafat açıqlandı
Futbol
24 Fevral 2018 - 22:54
Supersport.Az-ın məlumatına görə, bazar günü Türkiyə çempionatında keçiriləcək "Beşiktaş" - "Fənərbağça" derbisinə köklənən hər iki klubun rəhbərliyi mükafatın məbləğini açıqlayıb.

"Osmanlıspor"la bərabərliyin ardından "Fənər"in baş məşqçisi Aykut Kocamanın tələbinə əsasən ilk dövrənin sonuna qədər qalan 6 oyuna 1.5 milyon avro ayırıb, bunun faydasını görüb. Komanda 5 oyunun hamısında qələbə qazansa da, Konya səfərindən bir xalla qayıtmaqla böyük mükafatı son anda qaçırmışdı.

Son iki oyunda qalib gələn "Fənərbağça", "Beşiktaş"ı da məğlub etsə ümumilikdə 3 milyon (1 milyon 346 min 400 manat) paylanacaq. Hər futbolçunun 100 minə (44 min 880 manat) sahib çıxacağı bildirilir.

"Beşiktaş" rəhbərliyi də komandanı ayağı qaldırmaq üçün mükafat ayırıb: qələbəyə görə hər futbolçu 30 min lirə (13 min 464 manat) qazanacaq.

Digər xəbərlər