Cengiz Ündər tarixə düşdü

Cengiz Ündər tarixə düşdü
Futbol
22 Fevral 2018 - 12:18
İtaliyanın "Roma" klubunun türkiyəli futbolçusu Cengiz Ündər UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə səfər oyununda hesabı açan 20 yaşlı oyunçu qitənin ən nüfuzlu klub turnirində qol vuran ən gənc türk futbolçuya çevrilib.

Qeyd edək ki, qarşılaşmada Donetsk təmsilçisi "canavarlar"a 2:1 hesabı ilə qalib gəlib.

Digər xəbərlər