Balotelli: "Putin, hardasan?" - Video

Balotelli: "Putin, hardasan?" - Video
Futbol, Video
21 Fevral 2018 - 19:34
Avropa Liqasının 1/16 final mərhələsində "Lokomotiv"lə oyun üçün Rusiyanın paytaxtı Moskvada olan "Nitsa"nın hücumçusu Mario Balotelli növbəti dəfə etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Supersport.Az-ın məlumatına görə, "Qırmızı meydan"da komanda yoldaşları ilə gəzərkən Balotelli bir neçə dəfə Rusiya prezidentinin adını çəkərək, "Putin, sən hardasan?" deyə zarafat etməyə başlayıb. Qalmaqallı futbolçu eyni cümləni ingilis dilində bir neçə dəfə təkrarlayıb ki, bu da komanda yoldaşlarının gülüşünə səbəb olub.

Digər xəbərlər