Futbol klublarımız dünya reytinqində yüksəlişdə

Futbol klublarımız dünya reytinqində yüksəlişdə
Futbol
20 Fevral 2018 - 22:04
Supersport.Az-ın məlumatına görə, dünya reytinqində klublarımız irəliyə addım atıb.

Beşqat Azərbaycan çempionu "Qarabağ" ötən ayla müqayisədə 1000 komandanın siyahısında 1169 xalla 544-cü pilləni 543-ə dəyişib.

"Keşlə" (368 xal) 5 pillə irəliləyərək, 765-cidir.  "Qəbələ" (255 xal) 811-ci yerdən 803-cü pilləyə yüksəlib. "Zirə" 217 xalla 9 pillə yüksələrək 827-cidir.

"Traktorsazi" (974 xal) 607-ci yerdən 604-cü sıraya qalxıb..

Məşqçilərin siyahısından Azərbaycandan Qurban Qurbanov (1169 xal) 495-ci pillədən 499-a düşüb, Ayxan Abbasov (217 xal) isə 994-cü yerdən 989-cu pilləyə qalxıb.

 

Digər xəbərlər