UEFA müfəttişi ölümlə hədələndi

UEFA müfəttişi ölümlə hədələndi
Futbol
20 Fevral 2018 - 15:58
Supersport.Az-ın məlumatına görə, danışılmış oyunların iştirakçısı olmaqda ittiham olunan "Skenderbeu"nin sərt cəzalanacağı bildirilir. Bu haqda açıqlama yayan UEFA raportu hazırlayan müfəttişlərin ölümlə hədələndiyini açıqlayıb.

Albaniya klubunun 10 il müddətinə cəzalanacağı və 1 milyon avro cərimələnəcəyi gözlənilir.

"Skenderbeu" daha əvvəl Avrokuboklara qatılmaqdan 1 il müddətinə kənarlaşdırılıb.

"Araşdırma aparan UEFA müfəttişləri ölümlə hədələnib. Bu addım gözdağı vermək və işlərini yerinə yetirməyə mane olmaq məqsədi daşıyır. Ancak bu hədələrin haydası olmayacaq və məsələylə bağlı polislər məlumatlandırılıb.

UEFA prezidenti Aleksander Çeferin də açıqlama verib:

"UEFA nümayəndələrinin hədələnməsinə imkan verilməyəcək. Onlara 100 faiz dəstək verirəm. UEFA da çalışanlarımıza dayaqdır".

Digər xəbərlər