"Qarabağ"dan "Fənərbağça"ya

"Qarabağ"dan "Fənərbağça"ya
Futbol
20 Fevral 2018 - 13:27
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını yenidən Türkiyədə davam etdirəcək.

"Qarabağ"ın 17 yaşlı futbolçusu "Fənərbağça"ya keçib.

Turan Vəlizadə türk klubunun U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötən ay Antalya toplanışında iştirak edib.

Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də "Əlincə" klubundan "Fənərbağça"ya gedib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi "Qarabağ"ın aşağı yaş qruplarına cəlb olunub.

Digər xəbərlər