Supersport.Az 9 yaşında

Supersport.Az 9 yaşında
Digər
20 Fevral 2018 - 09:00

Supersport.Az bu gün 9 yaşını tamamladı.


Portalımız fəaliyyətə başladığı gündən çox işlər görməyə çalışıb. Əsas məqsədimiz ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını peşəkar səviyyədə təqdim etməkdən ibarət olub. Bunun məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları saytımızın məlumatları və videogörüntülərindən faydalanıb. Portalımız müxtəlif layihələr həyata keçirib, araşdırma və müəllif yazıları da verib.


Mətbuat Şurasının üzvü olan Supersport.Az-ın internet kanalına üç il müddətində 4 milyona yaxın izləmə olması dəyərli oxucuların bizə yüksək qiymət verdiyini göstərir. Ölkəmizə faydalı olması naminə hətta videoçəkilişlərimizin nüfuzlu komandalarımızın UEFA-dan haqsız cəza almasına mane olmaq üçün, həmçinin Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediasının saytımızın videogörüntülərindən yararlanması sevindirici məqamlardandır.


Supersport.Az-ın fəaliyyətində jurnalistlərdən Bəxtiyar Məmmədov, Qalib Toğrul, Ramil Cəfərov, Şahin Oğuz, əməkdaşlarımızdan Süleyman Kərimov və Vüsal Şirəliyevin böyük rolu olub.


Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirmək və daha çox uğurlar əldə etmək istiqamətində işini davam etdirəcək.

Digər xəbərlər