"Çelsi" - "Barselona" oyunu türk hakimə həvalə olundu

"Çelsi" - "Barselona" oyunu türk hakimə həvalə olundu
Futbol
18 Fevral 2018 - 15:57
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının səkkizdəbir final mərhələsində keçiriləcək "Çelsi" - "Barselona" oyununu FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Qarşılaşma 20 fevral Bakı vaxtilə saat 23:45-də "Stemford Bric" stadionunda başlayacaq.

Cüneyt Çakırın köməkçiləri Bahattin Duran və Tarık Ongun olacaq.

Hüseyin Göçəklə Barış Şimşək xətt hakimi, Mustafa Əmrə Əyisoy isə ehtiyat referi funksiyasını yerinə yetirəcək.

Cüneyt Çakır, son dəfə - 6 il əvvəl bu iki komandanın oyununu idarə edib. "Kamp Nou"da keçirilən matç 2:2 hesabıyla başa çatıb.

Digər xəbərlər