"Real" PSJ-nin cavabını verdi, "Liverpul" "Portu"nu pərişan etdi

"Real" PSJ-nin cavabını verdi, "Liverpul" "Portu"nu pərişan etdi
Futbol
15 Fevral 2018 - 02:00
Çempionlar Liqasında  1/8 final mərhələsinin oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gün daha 2 qarşılaşma keçirilib.

Əsas diqqət Madridə yönəlib. Burada ÇL-in son qalibi "Real Madrid" cari mövsümün favoritlərindən olan PSJ-ni qəbul edib. Bu görüşü Ronaldo - Neymar qarşıdurması kimi də təqdim olunurdu. İspan klubu əvvəlcə hesabda geri düşsə  də, sonradan 3 qol vurub.

Günün digər qarşılaşmasında isə "Portu" İngiltərə təmsilçisi "Liverpul" qarşısında aciz qalıb - 0:5.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma gələn həftə keçiriləcək.

14 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) 0-5

Qollar: Sadio Mane 25, 53, 85, Məhəmməd Salah 29, Roberto Firmino 69.

23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) 3-1

Qollar: Kriştiano Ronaldo 45-pen, 83, Marselo 86 - 33 Adrien Rabiot

13 fevral

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngitərə) 2:2

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4

Digər xəbərlər