Ronaldo: "Maurinyo olan yerdə oynamayacağam"

Ronaldo: "Maurinyo olan yerdə oynamayacağam"
Futbol
14 Fevral 2018 - 00:47
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo "Mançester Yunayted"in transfer təklifini rədd edib. Buna səbəb komandaya Joze Mourinyonun başçılıq etməsi olub.


"Le10Sport"un xəbərində bildirilir ki, Ronaldo "Mançester Yunayted" rəhbərliyinə Mourinyonun olduğu yerdə oynamayacağını deyib. İngiltərə klubu portuqaliyalı mütəxəssislə yeni müqavilə imzaladığından futbolçunun doğma klubuna dönüşü məsələsi qapanıb.


Qeyd edək ki, "Mançester Yunayted" Ronaldonu 2009-cu ildə "Real"a 94 milyon avroya satıb.

Digər xəbərlər