Ən bahalı klubdan 878 milyon avro

Ən bahalı klubdan 878 milyon avro
Futbol
13 Fevral 2018 - 22:34
Supersport.Az-ın məlumatına görə, Avropanın beş böyük liqasında – İspaniya, İngiltərə, İtaliya, Fransa və Almaniya çempionatlarında çıxış edən klubların heyətlərindəki futbolçuların qiymətlərinə görə ən bahalı komandaların adları açıqlanıb.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) saytı xəbər verir ki, "Mançester Siti" heyətindəki futbolçuların dəyərinə görə futbol tarixinin ən bahalı klubu olub. Premyer Liqaya liderlik edən klubun heyətindəki futbolçuların ümumi dəyəri 878 milyon avrodur. Komanda baş məşqçi Pep Qvardiolanın gəlişindən sonra transferlərə 500 milyon avrodan çox vəsait xərcləyib.

Ümumilikdə 98 klubun yer aldığı siyahıda ikinci yerdə PSJ (805 milyon avro) qərarlaşıb. "Mançester Yunayted" (747 milyon avro) üçüncüdür. "Barselona" (725 milyon avro), "Çelsi" (592 milyon), "Real Madrid" (497 milyon), "Liverpul" (461 milyon) və digər komandalar sonrakı yerləri tutublar.

Digər xəbərlər