UEFA nümayəndələri Bakıda

UEFA nümayəndələri Bakıda
Futbol
13 Fevral 2018 - 17:22

Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

Həftəsonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı paytaxtımızdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər. Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb. Məlumatı milli qurumun saytı yayıb.

Digər xəbərlər