5000 manatlıq yarışın qalibləri müəyyənləşdi - Foto

5000 manatlıq yarışın qalibləri müəyyənləşdi - Foto
Digər, Foto, Atçılıq
12 Fevral 2018 - 20:26
Supersport.Az-ın məlumatına görə, "Buta Golden Kuboku"nun ikinci mərhələsi Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.

Komandalar arası keçirilən yarışda "Sərhədçi", "Elite Horse" and "Polo Club", Atçılıq məktəbi və "Royal Riding" komandaları iştirak edib. Hər komanda 4 nəfər idmançıdan ibarət olub.

E, M* və S* kateqoriyaları üzrə təşkil olunan turnirdə "Buta Golden Kuboku"nu "Sərhədçi" klubunun idmançıları qazanıb. İkinci yer və bürünc medal isə Elite Horse and Polo Club tərəfindən qazanılıb. Royal Riding Klubu isə 3-cü yerdə qərarlaşıb.

Təkrar sıçrayışda fərdi mübarizə aparan idmançılardan "Murad" klubunun idmançısı Anar Hümbətov "D’Amour" ləqəbli atla 1-ci, "Sərhədçi"nin nümayəndəsi Sənan Məmmədov "Misir" ləqəbli atla 2-ci, "Murad"ın təmsilçisi Kərim Abdullayev "Clima" ləqəbli atla 3-cü yeri tutub.

Beləliklə, 2 gün davam edən konkur üzrə "Buta Golden Kuboku" turnirinə yekun vurulub.

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.



Digər xəbərlər