Dino Ndlovu qol vurdu, komandası kubok qazandı - Video

Dino Ndlovu qol vurdu, komandası kubok qazandı - Video
Futbol, Video
12 Fevral 2018 - 19:38
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan Çinin "Hançjou Qrintaun" klubuna keçən Dino Ndlovu yeni komandasında ilk qolunu vurub, effektli ötürmə verib. Afrikalı futbolçunun komandası "Shenzhen Airlines Cup" turnirinin qalibi olub. "Hançjou Qrintaun" - "Zeyanq Yitenq" final qarşılaşmasında Ndlovunun komandası 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 27 yaşlı hücumçu 750 min avro qarşılığında "Qarabağ"dan Çin klubuna keçib.


 

Digər xəbərlər