Arazın komandasını üçüncü pilləyə yüksəldən qələbə - Video

Arazın komandasını üçüncü pilləyə yüksəldən qələbə - Video
Futbol, Video
12 Fevral 2018 - 14:49
Supersport.Az-ın məlumatına görə, Kipr çempionatının 24-cü turunda milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Anortosis" səfərdə "Olimpiakos"a 3 qolla qalib gəlib.
Bundan əvvəlki iki matçda zədə səbəbindən meydana çıxmayan həmvətənimiz 63-cü dəqiqədə hesab 2:0 olarkən meydana daxil olub.

Bu qələbədən sonra "Anortosis" xalını 50-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, 24 turdan sonra "APOEL" 57 xalla lider, "Apollon" 55 xalla ikincidir.

Digər xəbərlər