Joze Maurinyo: "Heyvanlar kimi savaşdılar"

Joze Maurinyo: "Heyvanlar kimi savaşdılar"
Futbol
12 Fevral 2018 - 13:14
Supersport.Az-ın məlumatına görə, "Nyukasl"a məğlub olan "Mançester Yunayted"in baş məşqçisi Joze Maurinyo belə deyib.

Portuqaliyalı mütəxəssis rəqibi heyvanlara bənzədib:

"Nyukasl"ın futbolçuları heyvanlar kimi savaşdı. Bunu bir hörmət olaraq söyləyirəm. Futbol bəxti də onların tərəfində idi. Rəqib qol vurduqdan sonra bütün varlığını sərf etdi. Bu, qələbə qazanmağın ən gözəl yollarından biridir".

Maurinyo, 66-ci dəqiqədə Pol Poqbanın əvəz olunmasının səbəbini də açıqlayıb:

"Poqbanın zədə problemi yoxdur. Qoldan sonra onu meydandan çıxarmağı düşündüm".

Digər xəbərlər