Baş məşqçinin istefası tələb olundu: Cenkə görə

Baş məşqçinin istefası tələb olundu: Cenkə görə
Futbol
12 Fevral 2018 - 00:39
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 27-ci turunda "Kristal Palas"ı 3:1 hesabıyla məğlub edən "Everton"un azarkeşləri 27 milyon funt-sterlinqə transfer edilən Cenk Tosunun meydana buraxılmamasına etirazını bildirib.

Oyunun ardından fanatlar sosial şəbəkədə baş məşqçi Sam Ellardaysı tənqid ediblər:

"Tosun niyə yoxdur? Bu futbolçu nə edib? Rədd ol, get Sam! Cenk Tosun üçün ədalət istəyirik. "Everton" tarixinin ən bahalı transferlərindən birini ehtiyatda saxlayıb. Sam Ellardays, istefa!"

63 yaşlı mütəxəssis isə məsələylə bağlı açıqlamasında deyib:

"Premyer Liqa çox çətindir. Bu, Cenk Tosuna da aiddir. Onun üçün bir müddət gözləyirəm. Bu vaxt gələndə "Beşiktaş"da etdiklərini "Everton"da da icra edəcək".

Digər xəbərlər