Azərbaycanın 4 idmançısında dopinq tapıldı

Azərbaycanın 4 idmançısında dopinq tapıldı
Digər
10 Fevral 2018 - 12:19
Supersport.Az-ın xəbərinə görə, Azərbaycanın daha 4 idmançısında dopinq aşkar olunub.

Bu barədə Azərbaycan Milli Antidopinq Federasiyasının saytında məlumat verilib.

Belə ki, güləşçi Ruhin Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadəyə cəhd etdiyinə görə 18 aylıq diskvalifikasiya olunub. O, furosemiddən istifadədə günahlandırılır. İdmançımızın cəza müddəti ötən ilin iyulundan hesablanmağa başlayıb və 2019-cu il yanvarın 5-də bitəcək.

Digər 3 idmançı isə bodibildinqçidir. Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov 48 aylıq cəzalandırılıb. Rzayevdən götürülmüş analizdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron preparatlarının qəbulunda günahlandırılır. Adilin cəzası 2021-ci il avqustun 4-də yekunlaşacaq.

Əhmədovla Cəlilovdan da götürülən analizlərdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Fövqinin dopinq-testində klenbuterol və tamoksifen metaboliti tapıldığı halda, Kənanda dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon maddələri özünü büruzə verib.

Bodibildinqçilərimizdən Rzayevlə Əhmədov 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilov isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək yarışlardan kənarlaşdırılıb.

Digər xəbərlər