Türk futbolçu "Roma"nın tarixinə düşdü - Video

Türk futbolçu "Roma"nın tarixinə düşdü - Video
Futbol, Video
04 Fevral 2018 - 23:07
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatının 23-cü turunda "Verona"nın qonağı olan "Roma" qalib gəlib. Start heyətdə meydana çıxan Cengiz Ündər 45-ci saniyədə qol vuraraq komandasına qələbə qazandırıb.

Türk futbolçu, İtaliya klubunun son 6 ildə vurduğu ən tez qolla tarixə düşüb. 51-ci dəqiqədə isə qonaq komandadan Lorenzo Pelleqrini qırmızı vərəqəylə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. "Roma"da Cengiz Ünder 70-ci dəqiqədə yerini Gersona verib.

Altı həftə sonra qalib gələn "Roma" xalını 44-ə çatdırıb, "Verona" 16 xalda qalıb.

Digər xəbərlər