"Qarabağ" Türkiyə hazırlığını qələbəsiz bitirdi - Video

"Qarabağ" Türkiyə hazırlığını qələbəsiz bitirdi - Video
Futbol, Video
03 Fevral 2018 - 21:21
Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qarabağ" qonşu ölkədə sonuncu yoxlama oyununda bu gün Monteneqro təmsilçisi "Mladost"la üz-üzə gəlib. Beşqat Azərbaycan çempionu bu qarşılaşmada da qələbə qazana bilməyib.

19:30 "Qarabağ" - "Mladost" 1:1 

Bu, "Qarabağ"ın Antalya toplanışı çərçivəsində 6-cı yoxlama oyunu olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk beş görüşdə Rusiyanın "Kuban" (2:2), Polşanın "Lexiya" (1:1), Makedoniyanın "Şkupi" (0:0), Ukraynanın "Mariupol" (2:3) və Bosniya və Herseqovinanın "Sarayevo" klublarıyla (0:2) qarşılaşmışdı.

Digər xəbərlər