Sərhəddən dopinq vasitələrinin qanunsuz keçirilməsi müzakirə edilib

Sərhəddən dopinq vasitələrinin qanunsuz keçirilməsi müzakirə edilib
Futbol
02 Fevral 2018 - 22:41
Supersport.Az-ın məlumatına görə, Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında (AMADA) əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüşdə ölkə ərazisinə dövlət sərhədindən dopinq vasitələrinin qanunsuz keçirilməsi və antidopinq qayda pozuntusu məsələləri müzakirə edilib, təmiz idmanın inkişafı üçün iki qurum arasında sıx əməkdaşlığın həyata keçiriləcəyi qeyd olunub.

Əməkdaşlıq çərçivəsində antidopinq qaydalarına əsasən, barəsində araşdırmalar aparılan idmançılar və idmançılara dəstək heyəti, onların ölkəyə giriş-çıxışı haqqında və digər məsələlərlə əlaqədar məlumat mübadiləsinin aparılması razılaşdırılıb.

Digər xəbərlər