"Kəpəz" darmadağın edildi – dava düşdü – Şəkil

"Kəpəz" darmadağın edildi – dava düşdü – Şəkil
Futbol, Foto
28 Yanvar 2018 - 22:40
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" 3-cü yoxlama oyununda biabırçı hesabla məğlubiyyətə uğrayıb..

Gəncə klubunun rəqibi "Qəbələ"nin yayda Avroliqadan kənarlaşdırdığı "Yagelloniya" olub. Qarşılaşma Polşa klubunun böyük hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə 7 qol vuran polşalılar, fasilədən sonra daha bir dəfə fərqləniblər – 8:1. "Kəpəz"in yeganə qolunu sonuncu dəqiqədə Tural Rzayev vurub.

"Kəpəz"in start heyəti: Sergey Litovçenko ,Şəhriyar Əliyev, Tural Cəlilov, Şəhriyar Rəhimov, İqor Korotetski, Murad Səttarlı, Roman Hüseynov, Tərzin Cahangirov, Quli Mandjqaladze, Dieqo Souza, Dario Frederiko.

Qeyd edək ki, birinci hissə hər iki komandanın futbolçularının davası səbəbindən 44-cü dəqiqədə yekunlaşıb.

Digər xəbərlər