"Azərbaycan qrupun favoritidir"

"Azərbaycan qrupun favoritidir"
Futbol
25 Yanvar 2018 - 15:08
Supersport.Az-ın məlumatına görə, Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri Millətlər Liqasının püşkünü dəyərləndirib.

O, qrupun favoritinin Azərbaycan yığması olduğunu bildirib:

"Güclü rəqiblərimiz var. Malta və Farer Adaları yaxşı komandalardır. Ancaq biz qrupu onlardan daha yaxşı pillədə başa vura bilərik. Qrupun ən güclüsü Azərbaycandır. Lakin bizim məqsədimiz qrupda birinci yeri tutmaqdır".

Qurum rəhbəri, yaxın vaxtlarda millinin yeni baş məşqçisinin müəyyənləşəcəyini və bir neçə namizəd olduğunu deyib. Gələn ayın ortasına kimi yeni məşqçinin adının açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Kosovo 3-cü qrupda Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparacaq.

Digər xəbərlər