"Keşlə"dən üçüncü qələbə

"Keşlə"dən üçüncü qələbə
Futbol
19 Yanvar 2018 - 20:43
Supersport.Az-ın məlumatına görə, qış təlim-məşq toplanışına Bakıda hazırlaşan "Keşlə" üçüncü yoxlama oyununda "Zirə"ni məğlub edib.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilan qarşılaşmada 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Matç 2:1 hesabıyla "Keşlə"nin xeyrinə başa çatıb.

Qalob komandadan Sinan Akkoyun və Əlibəy Məmmədli fərqlənib.

Xatırladaq ki, "Keşlə" daha əvvəl "Qaradağ-Lökbatan"la (3:1) və "Neftçi" (2:1) ilə yoxlama matçı keçirmişdi.

Digər xəbərlər