Ərtuğrul Sağlam: "Traktor Sazi"də türk dilində danışan yetərincə insan var"

Ərtuğrul Sağlam: "Traktor Sazi"də türk dilində danışan yetərincə insan var"
Futbol
18 Yanvar 2018 - 20:40
Supersport.Az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubunu Ərtuğrul Sağlam çalışdıracaq.

Təcrübəli mütəxəssis yeni komandasını 11 oyunda meydana çıxaracaq. Təbriz klubu uğurlu nəticələr qazansa, o, "Traktorsazi"dəki fəaliyyətini davam etdirəcək.

Cənubi Azərbaycan klubunun saytı mütəxəssislə razılıq əldə etdiyi xəbərini yayıb.

Məşqçi Təbrizdə özünü yad hiss etməyəcəyini söyləyib:

"Traktor Sazi"də türk dilində danışan yetərincə insan var. Bu baxımdan çətinlik çəkməyəcəyəm. Tez bir vaxtda adaptasiya olub, komandanı gücləndirmək istəyirəm".

Qeyd edək ki, Təbriz klubu hazırda İran çempionatında 11-ci yeri tutur.

Digər xəbərlər