"Qəbələ" "Sürix"ə məğlub oldu

"Qəbələ" "Sürix"ə məğlub oldu
Futbol
17 Yanvar 2018 - 21:34
Supersport.Az-ın məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ikinci yoxlama oyununda İsveçrənin "Sürix" klubu ilə qarşılaşıb.

Oyunda daha yaxşı təsir bağışlayan İsveçrə təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.



Roman Qriqorçuk start heyətdə bu futbolçulara yer verib:

Dmitri Bezotosnı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk 45 dəqiqədə qapılara qol vurulmayıb. Fasilədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib. "Qəbələ"də Təmkin Xəlilzadə, Elvin Camalov, Elvin Məmmədov, Famussa Kone, Rasim Ramaldanov, Abbas Ağazadə və Yusif Nəbiyev meydana daxil olub. İkinci hissədə isveçrəlilər hesabı açıb. 56-cı dəqiqədə vurulan qol türkiyəli referi Yigit Kurnazın idarə etdiyi matçda yeganə top olub.

Qonşu ölkədəki ilk matçında "Akhisar Bələdiyyəspor"la heç-heçə edən (1:1) "Qəbələ" yanvarın 5-də start götürən hazırlığın 1-ci mərhələsini "Sürix"lə qarşılaşma ilə başa vurub. Oyundan sonra üç günlük istirahətə buraxılan komanda hazırlıqlarını yanvarın 21-dən Antalyada davam etdirəcək.

 


Digər xəbərlər