"Neftçi"də yeni futbolçu

"Neftçi"də yeni futbolçu
Futbol
17 Yanvar 2018 - 18:43
"Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt komandası paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsiya ilə bir illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl  Aqil Məmmədov ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə") və Fərid Abbaslını ("Binə") transfer edib.

Digər xəbərlər