"Neftçi"nin futbolçusu türk klublarına təklif olundu

"Neftçi"nin futbolçusu türk klublarına təklif olundu
Futbol
15 Yanvar 2018 - 19:40
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin futbolçusu Elnur Cəfərov Türkiyə klublarına təklif edilib.

Superliqa klublarından "Bursaspor" və "Kayserispor"un 20 yaşlı hücumçu ilə maraqlandığı bildirilir.

Bu haqda Türkiyə mətbuatı xəbər yayıb.

Qeyd edək ki, lənkəranlı Elnur Cəfərov daha əvvəl "Xəzər-Lənkəran" və Xorvatiyanın "Duqoploye" komandasında forma geyinib. Futbolçu ölkəmizin U-17, U-19, U-21 yığma komandaların heyətlərində çıxış edib.

Digər xəbərlər