"Qarabağ"ın marağında 2.5 milyon dollarlıq futbolçu

"Qarabağ"ın marağında 2.5 milyon dollarlıq futbolçu
Futbol
15 Yanvar 2018 - 17:55
Supersport.Az-ın məlumatına görə, Dino Ndlovunu satan "Qarabağ" yeni hücumçu axtarışındadır.

Beşqat Azərbaycan çempionu, Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatla maraqlanır. Bu haqda "The Herald" nəşri xəbər yayıb.

Zimbabve yığmasının 28 yaşlı üzvü hər iki ayağı ilə oynamağı bacarır və karyerasını ölkə xaricində davam etdirmək istəyir.

Məlumatda "Qarabağ"ın bu futbolçuya ayda 500 min Zimbabve dolları (təxminən 90 min manat) verməyə hazır olduğu qeyd olunub. Billiatın satış qiyməti isə 2,5 milyon ABŞ dollarına bərabərdir.

Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir.  O, 2011-ci ildən dəvət aldığı Zimbabve millisinin heyətində 26 matçda 7 qol vurub.

"Kamaldinyo" ləqəbli Xama Billiat əvvəllər Zimbabvenin "CAPS Yunayted", CAR-ın "Ayaks Keyptaun" komandalarında da çıxış edib. O, 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sandaunz" klubunda 63 oyuna 23 qol vurub. Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub.

Digər xəbərlər