"Qəbələ"nin oyunu baş tutmadı

"Qəbələ"nin oyunu baş tutmadı
Futbol
14 Yanvar 2018 - 19:53
"Qəbələ" 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.

"Qırmızı-qaralar" Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub.

"Qəbələ"nin hazırlıq planında dəyişiklik edilib. Komandanın bu gün ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın "Atırau" klubu ilə görüş baş tutmayıb. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. "Qırmızı-qaralar" toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirib.

Digər xəbərlər