Futbolçu yığmamıza buraxılmadı

Futbolçu yığmamıza buraxılmadı
Futbol
13 Yanvar 2018 - 19:20
Supersport.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında milliləşdirilmiş oyunçu Ozan Can Kökcü iştirak etməyəcək.
Futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Niderland təmsilçisinin rəhbərliyi onun yığmanın toplanışına qatılmasına icazə verməyib. AFFA-nın saytı belə xəbər yayıb.

Digər xəbərlər